Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron Minsk anlaşmalarının siyasi müddəalarının yerinə yetirilməsi üzrə işi sürətləndirməyə çağırıblar.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Almaniya hökumətinin bəyanatında deyilir.
Qeyd olunur ki, bura amnistiya, Donbasın xüsusi statusu, yerli seçkilər və konstitusiyaya dəyişikliklər daxildir.