XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

24 Dekabr 2017 - 12:32

Makedoniya prezidenti Azərbaycana gələcək –Məktub

Makedoniya prezidenti Gyorge İvanov Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

Makedoniya prezidenti  Azərbaycan prezidentinə beynəlxalq aləmdə xüsusi yeri olan, siyasi və hökumətlər səviyyəsində qərarların qəbul edilməsində uzunmüddətli tərəfdaş olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzin fəaliyyətinə görə öz ehtiramını bildirib.

G. İvanov bunu nəzərə alaraq, 2018-ci il martın 15-dən 17-dək Azərbaycanın paytaxtı Bakı şəhərində Şərqi Avropa, Mərkəzi Asiya və Cənubi Qafqazda ən mötəbər forumlardan biri hesab edilən VI Qlobal Bakı Forumunda iştirakla bağlı Azərbaycan prezidentinin dəvətini məmnunluqla qəbul etdiyini qeyd edib: "Sizə doğum gününüz münasibətilə ən səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf və məmnunluq duyuram. Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və həyatınızın bütün sahələrində Sizə və əzizlərinizə yüksək nailiyyətlər arzu edirəm. Cənab Prezident, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

APA