XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

24 Dekabr 2017 - 21:02

“Allaha oğlumu bizdən aldığı üçün üsyan etməyəcəyik” –Keçmiş baş nazir

"Bəzən unutsaq da, əslində hamımız hər gün imtahandan keçirik. Bu imtahanlardan biri də bizim ailəmizə nəsib oldu. Allaha oğlumu bizdən aldığı üçün üsyan etməyəcəyik, ona ibadət etməyə davam edəcəyik".

Bu sözləri Türkiyənin sabiq baş naziri Məsud Yılmaz oğlu Yavuz Yılmazın hüzr mərasimində deyib.

İlk dəfə oğlunun intiharından danışan keçmiş baş nazir ailəsinə dəstək olanlara təşəkkür edib: “Dostların dəstəyi ilə bu imtahandan da keçəcəyik. Oğlumuzu bizə verən Allaha onu bizdən aldığı üçün üsyan etməyəcəyik, ona şükür etməyə davam edəcəyik. Həyat yoldaşım Bərna və oğlum Həsənin adından bizə dəstək olan hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, 38 yaşlı Yavuz Yılmaz dekabrın 16-da İstanbuldakı yaşadığı evdə başından atəş açaraq intihar edib/Teleqraf.com.