Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyevin 56 yaşı tamam olub.
Strateq.az xəbər verir ki, Prezident ona ünvanlanan minlərə təbrikə görə sosial şəbəkə vasitəsi ilə cavab verib.
O, səhifəsində qızı ilə birgə fotosunu paylaşaraq, hamıya belə təşəkkür edib: "Təbriklərə görə hamıya təşəkkür edirəm! Hamınıza xoşbəxtlik, cansağlığı diləyir, ən xoş arzularımı bildirirəm!".