XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

26 Dekabr 2017 - 15:53

Azərbaycanda minimum ehtiyac meyarları təsdiqləndi –Məbləğlər

Prezident İlham Əliyev "Azərbaycanda 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanunu təsdiq edib.

Strateq.az xəbər verir ki, yanvar ayının 1-dən qüvvəyə minəcək yeni qanuna əsasən, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilib.

Bundan başqa, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təsdiqlənib.