XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 December 2017 - 19:21

Vasif Talıbov Ali Məclisi toplayır –Müzakirə ediləcək məsələlər və tarix müəyyənləşdi

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin növbəti sessiyasının vaxtı və müzakirəyə çıxarılacaq məsələlər məlum olub. 

Strateq.az Naxcivantv.az-a istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu barədə müvafiq qərarını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 26-da imzalayıb.

Qərarda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci mad­dəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

I. Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası 2017-ci il dekabr ayının 30-da saat 1100-da Naxçıvan şəhərində çağırılsın.

II. Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilsin:

1. 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları

2. Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsinin təsdiq edilməsi

3. İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin təsdiq edilməsi

4. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il büdcəsinin təsdiq edilməsi

5. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı

III. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar".