XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

26 Dekabr 2017 - 22:36

Sülhəddin Əkbər:"Çinin bu layihəsindən ən ciddi narahat olan Rusiyadır"

"Hazırda dünyanı, təhlükəsizlik mütəxəssislərini narahat edən ən ciddi məsələ İraq və Suriyada İŞİD-lə mübarizə başa çatdıqdan sonra bu terror təşkilatının, eləcə də ona yaxın terrorçu qrupların hara gedəcəyi məsələsidir. Hazırda müxtəlif istiqamətlər göstərilir. Ancaq ən başlıca faktor bu terror təşkilatlarının arxasında duran qüvvələrin hansı istiqaməti göstərəcəyidir.

İkincisi, Suriya və İraqda vuruşan xaricilərin hansı ölkələrdən olması önəmlıi məsələdir. Çünki bu döyüşçülərin çoxu öz ölkələrinə dönəcək.

Üçüncüsü, mərkəzi hökumətin və beynəlxalq ictimaiyyətin nəzarət etmədiyi ərazilər İŞİD üçün cəlbedicidir".

Bu fikirləri Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər İŞİD və ona yaxın olan terrorçu qrupların 2018-ci ildəki fəaliyyət istiqamətləri haqda danışarkən Teleqraf.coma deyib.

Sülhəddin Əkbər qeyd edib ki, hazırda İŞİD üçün ən cəlbedici məkanlar silahlı münaqişə olan ölkələrin nəzarətsiz ərazisidir:

“Liviya mərkəzi olmaqla Şimali Afrika bir istiqamətdir. Yəməndə proseslər davam edir. Bu baxımdan Afrikanın bəzi ölkələri cazibəli görünür. Rusiya və MDB-nin bəzi məkanları da var. Ancaq hazırda daha çox terrorçuların Əfqanıstanın şimalındakı bir neçə əyalətdə toplaşması prosesi gedir. Terrorçuların buradan Orta Asiya respublikalarına sızması gözlənilir. Burada Türkmənistan, Özbəkistan və Tacikistan istiqaməti var. Ən zəif sərhəd xətti də Türkmənistandır. Şimali Qafqazı da bura aid etmək olar. Nəzərə alaq ki, ABŞ-Rusiya geopolitik qarşıdurması həlledici mərhələyə daxil olub və qarşıdakı illərdə bu mübarizə daha da sərtləşəcək. Bu halda MDB və ona yaxın ölkələrə daha ciddi diqqət yetirmək vacibdir. Eləcə də Şimali Afrika və Əfqanıstana”.

Sülhəddin Əkbər rusiyalı analitiklərin İŞİD-in Əfqanıstana toplaşmaqda əsas məqsədinin Çinin ən böyük layihəsi olan “Tək kəmər, tək yol” proyektinin qarşısını almaq olduğu haqda iddiaları əsassız hesab edir:

“Bu zaman ortaya sual çıxır: İŞİD-in nəyinə lazımdır ki, Çinin bu proyektinə mane olsun? Və ikinci məsələ ortaya çıxır – Çinin “Tək kəmər, tək yol” layihəsi kimin strateji maraqlarına toxunur? Rusiya niyə bundan narahatdır? Heç şübhəsiz ki, Çinin bu projesindən ən ciddi narahat olan dövlət Rusiyadır. Nəzərə almaq lazımdır ki, bütün terror təşkilatlarında böyük dövlətlərin xüsusi xidmət orqanlarının mövqeyi var. Onlar öz adamlarını həm terror təşkilatlarının sıralarına göndərir, dəstəkləyir və rəhbərlikdə yer tutmasına çalışırlar. Və ya onları ələ alır, öz tərəflərinə çəkməyə çalışırlar. Beləcə, öz xarici və ya strateji siyasətlərində terrorçulardan alət kimi istifadə edirlər. Bu mənada hesab edirəm ki, “Bir kəmər, bir yol” layihəsinin pozulmasından söhbət gedirsə, ilk olaraq bu layihədən kənarda qalan dövlətlərə nəzər salmaq lazımdır. Bu da ilk növbədə Rusiyadır. Sözügedən layihədə 70-dən çox dövlət iştirak edir. Deməli, Rusiya terror təşkilatlarından istifadə edərək bu layihəyə problem yaratmağa çalışacaq. Hazırda ruslar bu layihənin ABŞ-ın maraqlarına toxunduğunu iddia edir. Ancaq “Bir kəmər, bir yol” ABŞ-ın maraqlarına toxunmur. Biz bilirik ki, “Bir kəmər, bir yol” Çindən Avropaya gedən marşurutdur və Rusiyadan yan keçir. Yəni, burada "by pass" olunan Rusiyadır”.