XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

27 Dekabr 2017 - 12:14

Cəbhəboyu zonadakı zirehli texnikaların döyüş qabiliyyəti yoxlanıldı- FOTOLAR

Cəbhəboyu zonada səfərdə olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti tank bölmələrində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, zirehli texnikaların döyüş qabiliyyəti və tətbiqi imkanları ilə tanışlıq zamanı məruzə edilib ki, silahlanmadakı bütün hərbi texnika döyüşə hazır vəziyyətdədir.

Zakir Həsənov zirehli texnikalarda atış və sürücülük çalışmalarının öyrənilməsi üçün nəzərdə tutulmuş trenajor kompleksində təlim-məşq qurğularına baxış keçirib və mərkəzin tədris imkanlarını yüksək qiymətləndirib.

Bildirilib ki, təlim mərkəzində trenajorlar vasitəsilə zirehli texnikaların idarə olunması və döyüş tətbiqi üzrə praktiki vərdişlər təkmilləşdirilir.

Burada məşq edən şəxsi heyətə Prezident, Ali Baş Komandan İlham Əliyevin bayram təbrikləri çatdırılıb və fərqlənən hərbi qulluqçular mükafatlandırıb.