XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

27 Dekabr 2017 - 19:41

Ərdoğan:"Bəşər Əsəd terrorçudur"

"Bəşər Əsəd dövlət terroru həyata keçirmiş terrorçudur".

APA-nın “İhlas” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tunisə səfəri çərçivəsində həmkarı El-Baci Kaid es-Sibsi ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Ərdoğan bildirib ki, B. Əsədlə irəli getmək mümkün deyil: “Bir milyona yaxın vətəndaşını öldürmüş prezidentlə necə gələcək qurmaq olar? Suriya xalqı belə bir şəxsi prezident kimi görmək istəyərmi? Bu, öldürülmüş insanlara qarşı haqsızlıq olar. Suriyada hələ də qan axıdılır. Çox açıq söyləyirəm: Əsəd dövlət terroru həyata keçirmiş bir terrorçudur. Əsəd qaldıqca hüzur olmaz”.