XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

28 Dekabr 2017 - 11:17

Zərrabın Türkiyədə daha iki yaxtası müsadirə edildi –Prokurorluqdan qərar

ABŞ-da saxlanılan və İrana qarşı sanksiyaları pozmaqda günahlandırılan azərbaycanlı biznesmen Rza Zərrabın Türkiyədəki yaxtaları müsadirə edilib.

Bu barədə İstanbul prokurorluğu qərar verib.

Rza Zərrabın Bodrum sahillərində lövbər tutan iki super yaxtasının müsadirə edildiyi bildirilir.

Biznesmenin Bodrumda olan və Malta bayrağı altında üzən Altmış İl adlı yaxtasının qiyməti 7 milyon avrodur. Gəminin uzunluğu 42 metrdir. Bani adlı digər yaxtanın uzunluğu isə 12 metrdir/Teleqraf.com.