XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 December 2017 - 12:28

Bakıda 5 qəsəbədə su və kanalzasiya sistemləri yenidən qurulacaq –Prezident pul ayırdı

Bu gün Prezident İlham Əliyev Bakı şəhəri Sabunçu rayonunun Sabunçu, Maştağa və Suraxanı rayonunun Əmircan, Bülbülə və Qaraçuxur qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam verib.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, qeyd edilən qəsəbələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işləri davam etdirmək məqsədilə "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 3,73 milyon (üç milyon yeddi yüz otuz min) manat ayrılıb.