XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

28 Dekabr 2017 - 14:10

Qaralov tanınmış hakimin oğluna vəzifə verdi –Rəis müavini prokuror təyin olundu

Bakının Nizami rayonuna yeni prokuror təyin edilib.

Bu barədə Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəis müavini Pərviz İbayev tutduğu vəzifədən azad edilərək Bakının Nizami rayon prokuroru vəzifəsinə təyinat alıb. 

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya faktı təsdiqləyib.

Qeyd edək ki, Pərviz İbayev tanınmış hakim Mansur İbayevin oğludur. 

Xatırladaq ki, Nizami rayon prokuroru olmuş Aqşin Ziyadov bir müddət əvvəl tutduğu vəzifədən azad edilərək Ədliyyə Nazirliyində yeni yaradılmış – Probasiya Xidmətinə rəis təyin edilib.