“Dağlıq Qarabağla bağlı məsələdə 2016-cı il aprelinədək mövcud olmuş azacıq etimadın da üzərinə döyüşlərdən sonra şübhə toxumu səpildi”.
Bunu ATƏT-in fəaliyyətdə olan sədirinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Hünter Baxler Ermənistan KİV-inə müsahibəsində bildirib.
“Azərbaycan və Ermənistan prezidentlərinin bu yaxınlarda Cenevrədə keçirilən görüşü müəyyən dərəcədə ümidvericidir. Bununla belə prezidentlərin ikitərəfli görüşü danışıqlar prosesini avtomatik olaraq, qura bilməz”, -deyə o, vurğulayıb/Report.