XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

28 Dekabr 2017 - 19:56

Rəsmi Moskvadan Ərdoğanın “Əsəd terrorçudur” açıqlamasına reaksiya:"Belə bəyanatların heç bir əsası yoxdur"

"Bəşər Əsəd Suriyanın qanuni prezidentidir. Suriyanı BMT-də məhz o, təmsil edir. Ona görə də "Bəşər Əsəd terrorçudur" kimi bəyanatların hüquqi nöqteyi-nəzərdən heç bir əsası yoxdur".

Bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bəşər Əsədi terrorçu adlandırması ilə bağlı suala cavabında deyib.

"Bu cür bəyanatların mənəvi tərəfini bir kənara qoyuram. Belə bəyanatlar hüquqi cəhətdən əsassızdır", – deyə M. Zaxarova qeyd edib.

Xatırladaq ki, R. T. Ərdoğan Tunisə səfəri zamanı bu ölkənin prezidenti ilə keçirdiyi mətbuat konfransında Bəşər Əsədin Suriyada dövlət terroru həyata keçirdiyini bildirib/APA.