Ukraynada ABŞ qoşunlarının rolu və sayı dəyişməz olaraq qalacaq.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın müdafiə naziri Ceyms Mettis bəyan edib.
“Ukrayna ordusunun NATO standartlarına uyğun hazırlanmasına kömək edən müəyyən sayda təlimatçılarımız var. Və onların rolu dəyişməz olaraq qalacaq”, – deyə C.Mettis jurnalistlərə deyib.
Pentaqon rəhbəri həmçinin vurğulayıb ki, Ukraynada ABŞ hərbçilərinin sayının artırılması planlaşdırılmır.