XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

30 Dekabr 2017 - 19:56

Ərdoğan:"ABŞ terrorçuları silahla təchiz etməyə davam edir"

Türkiyə "PYD" terrorçularına qarşı İŞİD qruplaşmasına qarşı gördüyü tədbirləri tətbiq edəcək.

Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Əgər Suriyada hər şey yaxşıdırsa, onda niyə Türkiyə ərazisində üç milyondan artıq suriyalı qaçqın yaşamağa davam edir. Çünki Türkiyə hökuməti və həmin insanlar sərhədin o tərəfində zorakılığın davam etdiyini gözəl bilirlər", deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti həmçinin qeyd edib ki, ABŞ Türkiyə-Suriya sərhədində fəaliyyət göstərən terrorçuları silahla təchiz etməyə fəal davam edir: "Türkiyə ABŞ-la Suriyada əməkdaşlığı Rusiya və İranla etdiyi kimi qurmaq istəyir."