XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

31 Dekabr 2017 - 22:00

Naxçıvanın Daxili İşlər naziri bayramı əsgərlərlə keçirdi –FOTO

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının əsgərləri ilə görüşüb, onlara bayram sovqatı təqdim ediblər.

Strateq.az Naxcivantv.az-a istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-mayor Fazil Ələkbərov əsgər və zabitləri bayram münasibətilə təbrik edib, onlara hərbi xidmətlərində uğurlar arzulayıb.

Əsgərlərlə söhbət edən Fazil Ələkbərov deyib: “Siz əsgərlər şərəfli bir vəzifəni yerinə yetirirsiniz. Xalqımız da daim sizinlə həmrəydir. Hər bir Azərbaycan vətəndaşı əsgərlərimizlə fəxr edir. Birlik və həmrəylik hərbi xidmətin əsasını təşkil edir. Düşmən qarşısında güclü olmaq üçün, ilk növbədə, şəxsi heyət arasında birlik yaradılmalıdır”.

Əsgər və zabitlərimizdə bu birliyin daha da güclü olduğunu qeyd edən nazir “hamı bir nəfər, bir nəfər hamı üçün” şüarı ilə xidmət aparan hərbiçiləri bayram münasibətilə bir daha təbrik edib, onlara şərəfli xidməti vəzifələrində uğurlar arzulayıb.

Bildirilib ki, Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadası dövlətimizin yüksək diqqət və qayğısı ilə mühüm təşkilatlanma və inkişaf yolu keçib, onun maddi-texniki bazası xeyli gücləndirilib.

Hərbi hissənin əsgər və zabitləri qonaqlara minnətdarlıqlarını bildiriblər.

Gətirilən bayram sovqatı hərbi hissəyə təhvil verilib.

Görüşdən sonra 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında konsert proqramı təşkil olunub.

Tədbir bayram süfrəsi arxasında davam etdirilib.