XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

01 Yanvar 2018 - 14:25

İranda etiraz aksiyalarında ölənlərin sayı 10 nəfərə çatıb –Dövlət Televiziyası məlumat yaydı


İranda etiraz aksiyalarında ölənlərin sayı 10 nəfərə çatıb.

Bu barədə İran Dövlət Televiziyası məlumat yayıb.  Məlumatda aksiyaçıların hansı şəraitdə öldüyü açıqlanmayıb. 

Qeyd edək ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. Səbəb ölkədə qiymət artımı olsa da, siyasi şüarlar da səslənib. Prezident Həsən Ruhaninin daxili siyasətinə, eləcə də İranın Yaxın Şərq siyasətinə etiraz bildirilib. Dekabrın 29-da paytaxt Tehranda və Təbrizdə də etiraz aksiyaları başlayıb. Şənbə günü Lurestanda etiraz aksiyalarında toqquşmalar zamanı iki nəfər ölüb. (APA)