XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

01 Yanvar 2018 - 18:00

Tramp Pakistanı əfqan terrorçulara sığınacaq verməkdə ittiham edib:“Artıq bəsdir”

ABŞ prezidenti Donald Tramp Pakistanı Əfqanıstandan olan silahlıları gizlətməkdə ittiham edib.

"RİA Novosti" agentliyinin verdiyi məlumata görə, D. Tramp bunu "Twitter" sosial şəbəkəsindəki səhifəsində bəyan edib.

L. Tramp yazıb ki, ABŞ Pakistana maliyyə yardımı göndərsə də, Pakistan terrorizmlə mübarizəyə kömək etmir, Əfqanıstandan olan silahlıları gizlədir: "ABŞ son 15 ildə Pakistana 33 milyard dollar yardım göstərməklə inamını ifadə edib. Amma onlar bizə ancaq yalan danışıb, dələduzluq ediblər. Fikirləşiblər ki, bizim liderlər axmaqdırlar. Bizim Əfqanıstanda axtardığımız terrorçulara onlar sığınacaq verir. demək olar ki, bizə köməklik etmirlər. Artıq bəsdir! ".

Qeyd edək ki, bundan əvvəl D. Tramp bildirmişdi ki, Pakistan ərazisinə sığınan terrorçularla mübarizə aparmazsa, çox şey itirəcək