XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

02 Yanvar 2018 - 09:57

Avropa İttifaqından İrandakı aksiyalara reaksiya:"Biz vəziyyəti izləməyə davam edəcəyik"

Avropa İttifaqı İranda baş verən etirazlarla əlaqədar bu ölkənin rəhbərliyi ilə daim təmasdadır.

Bu barədə Avropa İttifaqı diplomatiyasının rəhbəri Federika Moqerininin rəsmi nümayəndəsi Ketrin Rey özünün "Tvitter” səhifəsində yazıb.

"Son hadisələrlə əlaqədar İran rəhbərliyi ilə təmasdayıq. Biz vəziyyəti izləməyə davam edəcəyik”, Aİ rəsmisi yazıb. 

Qeyd edək ki, dekabrın 28-dən etibarən İranın bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib. İğtişaşlar nəticəsində azı 12 nəfər ölüb, saxlanılanlar var/APA.