XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

02 Yanvar 2018 - 10:38

Benzinin qiyməti 2 dəfədən çox qaldırıldı –Vəlihəd maliyyə qaynağı axtarır

Səudiyyə Ərəbistanında benzinin qiyməti ötən gecə iki dəfəyədək qalxıb.

Strateq.az "Reuters"ə istinadən xəbər verir ki, qiymətlərin qalxması iki amillə əlaqələndirilib: "Yanacaqdan daha səmərəli istifadə və ölkədə başladılan böyük islahatlarına maliyyə qaynağı formalaşdırmaq məqsədi ilə belə qərar verildi".

Məlumat üçün qeyd edək ki, hökumətin qərarı ilə dünən axşama kimi  0.75 riala satılan 92 markalı benzinin qiyməti 82 faiz artaraq 1.37 riala,  95 markalı benzin isə 126 faiz artaraq, 0.90 rialdan 2.04 riala yüksəlib.

Dizelin qiyməti isə sabit qalıb.