XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Yanvar 2018 - 11:09

ABŞ səfiri Pakistan XİN-ə çağırıldı –Trampa görə

ABŞ prezidenti Donald Trampın "Twitter"də İslamabad əleyhinə tənqidindən sonra bu ölkənin səfiri Pakistanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə "News International" mənbəyə istinadən məlumat yayıb.

Nəşrin bildirdiyinə görə, prezident Donald Trampın əsassız ittihamına narazılıq bildirmək üçün səfir Devid Xeyli Pakistanın Xarici Siyasət İdarəsinə dəvət olunub.

Daha əvvəl Tramp "Twitter"də yazaraq bildirib ki, ABŞ İslamabada maddi yardım göstərib. Lakin Pakistan terrorçuluqla mübarizədə Birləşmiş Ştatlara kömək etməyib və Əfqanıstandan olan silahlıları gizlədib. Amerika lideri bildirib ki, bu, daha olmayacaq/Report.