XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

02 Yanvar 2018 - 11:48

“Dondurulmuş münaqişələrin həlli istiqamətində fəaliyyəti gücləndirəcəyik” –  ATƏT-in yeni sədri

"İtaliya ATƏT-ə sədrlik etdiyi dövrdə təşkilatın hazırda dondurulmuş münaqişələrin həlli istiqamətində fəaliyyətini gücləndirəcək". 

Bunu yanvarın 1-dən təşkilata sədrlik etməyə başlayan İtaliyanın xarici işlər naziri Angelino Alfano deyib.

O qeyd edib ki, ATƏT-in Minsk qrupu formatı çərçivəsində 3 həmsədr ölkə-ABŞ, Fransa və Rusiya ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində cəhdləri davam etdirəcəklər: "İtaliya bir sıra mövcud formatlar vasitəsilə uzunsürən münaqişələrin həlli üzrə ATƏT-in fəaliyyətini gücləndirəcək. ATƏT məkanında olan münaqişələrin həlli üçün formatlar məlumdur. 2008-ci ildə Gürcüstanda baş verən münaqişənin nəticələrinin aradan qaldırılması məqsədilə Cenevrə beynəlxalq müzakirələr formatı yaradılıb. Moldovanın Dnestryanı bölgəsindəki münaqişənin həlli üçün "5 + 2" formatı mövcuddur. Həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupu çərçivəsində 3 həmsədr ölkə ilə birlikdə cəgdlərimizi davam etdirəcəyik".

Report