XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

02 Yanvar 2018 - 21:17

Rəsmi Tehrandan Trampın mesajına cavab:"ABŞ-ın daxili problemləri ilə maraqlan...”

"ABŞ Prezidenti Donald Tramp Tvitter vasitəsilə başqa xalqları təhqir etmək yerinə ABŞ-ın daxili problemlərinə diqqət yetirsin".

Bunu İran Xarici İşlər Nazirliyinin rəsmisi Bəhram Qasimi bildirib.

“Az öncə o, İran xalqını terrorçu millət adlandırıb. Şübhəsiz ki, Trampın bu addımı bütün dünyadakı qürurlu İran xalqının reaksiyasına səbəb olacaq. Yaxşı olardı ki, silahlı toqquşmalar nəticəsində hər gün çoxlu insanın öldüyü, milyonlarla evsiz və ac insanın yaşadığı ABŞ-ın daxili problemləri ilə maraqlansın”, – Qasimi deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İran xalqının bir neçə gündür qəddar və korrupsiyalaşmış hökumətə qarşı kütləvi aksiyalar keçirdiyini yazmışdı. Bundan əvvəl isə ABŞ prezidenti bildirmişdi ki, İrandakı kütləvi aksiyalar təsadüfi deyil və ölkə dəyişikliyin vaxtı çatıb/Axar.az.