XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

02 Yanvar 2018 - 21:11

Elşən Nəsibovdan maraqlı analiz:"İrandakı etirazların əsas səbəbi Türkiyə-Rusiya yaxınlaşmasıdır"

Elşən NƏSİBOV,

siyasətşünas-alim

 

Super gücə malik olan dövlətlər dünyaya nəzarət mexanizmlərini formalaşdırırlar və bununla da xarici və daxili siyasət axarlarına yönlər verirlər. Həmin yönlər dünyaya sahiblik məqsədindən irəli gəlir.

Türkiyənin strateji baxımdan yönünü dəyişməsi regionda “ehtiyatlı olmaq” prinsiplərini meydana gətirib. Türkiyə ilə Rusiya arasında strateji yaxınlaşma regionda yeni konturları cızmağa başlayıb. Xarici siyasət xətlərində dəyişikliklər yaradıb. Vərdiş olunmuş beynəlxalq münasibətlər və geosiyasi maraqlar (böyük dövlətlərin maraqları) dəyişikliyə məruz qalmaqdadır.

Bu dəyişiklik zərurətdən meydana gəlməkdədir. Əsas məsələ İran uğrunda ABŞ, İngiltərə və Rusiya mübarizəsinin ortaya çıxmasıdır. İran kimi böyük potensiala malik olan dövlət coğrafi, mədəni və siyasi baxımdan Qərbə və Rusiyaya çox lazımdır.

İranda əsas söz sahibi olmaq ABŞ-ın çoxdankı strategiyasına aiddir: Rusiyanın isti dənizlərə çıxışının qarşısını almaq, Rusiyanın bazarını zəiflətmək, islam aləmində Rusiyanın nüfuzunun artmasına imkan verməmək, Türkiyə-İran yaxınlaşmasını əngəlləmək,  ən nəhayət, Rusiya-Türkiyə yaxınlaşmasını hər vəchlə əngəlləmək, bu baxımdan da İranı təzyiq dövlətinə çevirmək,  Rusiyanın “Böyük Avrasiya” layihəsinə mane olmaq.

İranda baş verən etirazlara (2017-ci ilin dekabrın sonlarından başlanan)  xarici dəstəklərin səbəblərindən biri də İngilis dünyasının İrana açıq şəkildə sahib çıxmaq istəyidir.

Hadisələr əsasən Rusiya-Türkiyə yaxınlaşmasına ABŞ və İngiltərənin adekvat cavabıdır.  İngilis dünyası çalışır ki, ya mövcud hakimiyyəti öz xarici siyasət kursuna dəyişiklik etməyə vadar etsin, ya da yeni hakimiyyət formalaşdırsın. Bu məqsədlə etiraz dalğalarını genişləndirmək üçün  sosial amillərdən istifadə olunur. Ola bilər ki, gələcəkdə etiraz dalğalarının fazası böyüsün, dərinləşsin və siyasi müstəviyə qədəm qoysun.

İran dövlətinin vahidliyi və güc mənbəyi  kimi bütövlüyü İngilis dünyasına lazımdır.

Ola bilər ki, etirazlar məsələsində hələlik İranda kompakt  yaşayan etniklərdən istifadə olunsun. Ancaq İranın ərazi bütövlüyünün qorunub saxlanılması əsas prinsip olaraq qalacaqdır.