XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2018 - 11:24

Papa Fransisk miqrantlarla bağlı çağırış etdi:"Onlara qarşı anlayışlı olun!"

Gəlin, onların qəlbindəki isinən ümidlərini söndürməyək, sülhə olan inamlarını məhv etməyə qoymayaq.

Azərtac İtaliyanın “thelocal.it” saytına istinadla xəbər verir ki, bu sözləri Roma Papası Fransisk Vatikanın Müqəddəs Pyotr baş kilsəsində milyonlarla mömin qarşısında çıxışı zamanı deyib.

Kilsənin Ümumdünya sülh günü münasibətlə təşkil etdiyi mərasimdə Papa Fransisk miqrantlar, həmçinin qaçqınlar ilə münasibətdə sülhə və onlara qarşı anlayışlı olmağa çağırıb.

“Hamının haqqı olan dinc gələcək axtarışları üçün şəxsi həyatımızı təhlükəyə atmağa hazırıq və hər kəs çalışmalıdır ki, digərləri də xoş gələcəyə nail olsun”, – deyə Papa Fransisk bildirib.