XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Yanvar 2018 - 12:39

AKP:"İran ikinci Suriyaya çevrilməyəcək"

İran ikinci Suriyaya çevrilməyəcək, çünki bu ölkə regionda aparıcı qüvvələrdəndir.

Trend-in məlumatına görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini və mətbuat katibi Mahir Ünal deyib.

M.Ünal bildirib ki, İranda gərginliyin artması Türkiyənin marağında deyil.

Qeyd edək ki, dekabrın 28-dən Tehran, Məşhəd və Kirmanşah daxil olmaqla İranın bir neçə şəhərində kütləvi etiraz aksiyaları keçirilir. Yüksək qiymətlərə etiraz olaraq keçirilən aksiyalar daha sonra hökumət əleyhinə nümayişlərə çevrilib.

Son məlumatlara əsasən, etirazlar zamanı azı 28 nəfər həlak olub.