XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

03 Yanvar 2018 - 23:20

BMT-dən aksiyalarla bağlı Tehrana xəbərdarlıq:"Zorakılığa yol verilməməlidir"

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı Zeyd Raad əl-Hüseyn İranda nümayişlər zamanı güc tətbiq edilməsi hallarının müstəqil və hərtərəfli araşdırılmasına çağırış edib.

TASS-ın xəbərinə görə, bu barədə BMT Ali Komissarının cümə axşamı Cenevrədə yayılan bəyanatında bildirilir.

Zeyd Raad əl-Hüseyn deyib ki, İran səlahiyyətliləri küçə nümayişlərinin qarşısını alarkən diqqətli olmalı, zorakılığa yol verilməməlidir.

Əl-Hüseyn vurğulayıb ki, İranda keçirilən etirazlarda 20-dən çox insan həlak olub, yüzlərlə adam saxlanılıb: "Bütün şiddət hadisələri hərtərəfli, müstəqil və qərəzsiz araşdırılmalıdır. Tehran hakimiyyəti aksiyaların qarşısını alarkən, beynəlxalq hüquq normalarına əməl etməlidir".

Teleqraf.com