XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2018 - 23:31

Fələstinlilər edam olunacaq –İsrail parlamenti qərar qəbul etdi + Açıqlama

Fələstinlilərə edam cəzasını nəzərdə tutan qanun layihəsi İsrail parlamentində (Knesset) keçirilən birinci səsvermədə qəbul edilib.

Knessetin rəsmi internet səhifəsində yerləşdirilmiş açıqlamaya görə, sözügedən qanun layihəsinin əleyhinə 49, lehinə 52 deputat səs verib.

İyul ayında Qərb Şəriyədəki qeyri-qanuni Neve Tsuf (Halamis) yəhudi məhəlləsində təşkil edilən və üç yəhudi sakinin ölümünə səbəb olmuş hücumu yada salan Baş nazir Benyamin Netanyahu edam cəzasının “üç halda ədalət” anlamına gəldiyini deyib:

"Həyatımda çox dəhşətli hadisələr görmüşəm, amma bu, yenə də məni şoka saldı. Ağır cinayətlər törətmiş və yaşamağa layiq olmayan insanlar var həyatda. Qanunu da belə vəziyyətlər üçün dəyişdiririk”.

Qeyd edək ki, İsraildə mülki məhkəmələrdə ölüm hökmü yoxdur. Hərbi məhkəmələr isə bu cəzanı son dərəcə müstəsna hallarda verə bilər ki, indiyə kimi İsrail tarixində yalnız bir dəfə, 1962-ci ildə bir faşist cinayətkarına qarşı istifadə edilib.

Qanunvericiliyin qüvvəyə minməsi üçün parlament daha iki dəfə səsvermə keçirməlidir/Teleqraf.com.