XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2018 - 11:44

Ərdoğan 18 naziri istefaya göndəriləcək –Türkiyə mediasından yeni iddia

Türkiyə hökumətinin tərkibində ciddi dəyişiklik ediləcəyi və 18 nazirin istefaya göndəriləcəyi gözlənilir.

“Report” “Hurriyet” qəzetinə istinadən xəbər verir ki, hazırda ölkə siyasətinin gündəmində olan iki əsas mövzusudan biri Nazirlər Kabinetinin tərkibinin dəyişdirilməsidir.  

Qəzetin yazdığına görə, bundan başqa, siyasi dairələrdə növbədənkənar parlament seçkisinin keçirilməsi də müzakirə olunur. Məqalədə qeyd olunub ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yerli təşkilatlarında keçirilən konfranslar bu ilin martınadək başa çatacaq. Bundan sonra partiyanın qurultayı keçiriəcək. Bu toplantıda AKP-nin yeni rəhbərliyi seçiləcək. Yeni rəhbərlik formalaşdırıldıqdan sonra parlament seçkisinin keçirilməsini təmin edəcək “seçki hökuməti” yaradılacaq.

Digər məlumata görə, Türkiyə prezidenti, AKP sədri Rəcəb Tayyib Ərdoğan partiyanın qurultayını gözləməyəcək və yanvar ayı ərzində Nazirlər Kabinetinin tərkibini dəyişəcək. Məqalədə bildirilib ki, prezident 18 naziri istefaya göndərərək onların yerinə yenilərini təyin edəcək.

AKP dəhlizlərində dolaşan məlumatlara görə, hazırda nazir vəzifəsi tutanlardan bir neçə nəfər işdən çıxarılandan sonra Ankara, İstanbul, İzmir, Bursa, Qaziantep və Antalya kimi böyük şəhərlərə ya vali, ya da bələdiyyə sədri göndəriləcək. Qəzetin yazdığına görə, hakim partiya rəhbərliyi bu məsələni də müzakirə edir. 

Qeyd edək ki, Türkiyə hökuməti baş nazir, onun 5 müavini və 21 nazirdən ibarətdir.