XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2018 - 13:00

“Qəfil hücumda 7 qırıcı məhv edilməyib, iki hərbçimiz həlak olub” –Rusiya Müdafiə Nazirliyi

Suriyada "Hmeymim" hava limanının minalardan atəşə tutulması nəticəsində iki hərbçi ölüb.

Məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Nazirlikdən bildirilib ki, 31 dekabr 2017-ci il tarixində qaranlıq düşən vaxt "Hmeymim" aerodromu yaraqlıların mobil təxribat qrupunun minaatanlardan atəş açılmaqla qəfil hücuma məruz qalıb.

Qeyd edilib ki, Suriya təhlükəsizlik orqanları hücumda iştirak edən yaraqlıların axtarışı və məhv edilməsi, habelə aviabazaya bitişik ərazinin qorunması rejiminin gücləndirilməsi üzrə tədbirlər həyata keçirir.

Bundan başqa, Müdafiə Nazirliyi Rusiyanın bazada olan 7 təyyarəsinin məhv edilməsi barədə məlumatları təkzib edib/Report.