XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2018 - 13:23

“Gilavar” hava-ekstrim klubu itkin düşən alpinistlərlə bağlı bəyanat yaydı –Mətn

“Gilavar” hava-ekstrim klubu itkin düşən alpinistlərlə bağlı bəyanat yayıb.

Klubun bəyanatında bildirilir ki, alpinistlərin axtarışı bu gün də davam edir.

Bəyanatda qeyd edilib ki, mətbuatda bu məsələ ilə bağlı yanlış informasiyalar verilir: “Klubun direktoru Ziya Qasımovun adından istifadə etməklə, guya axtarışların dayandırıldığı, Qəbələdə dağçılarımızın izinə rast gəlindiyi barədə əsassız xəbərlər tirajlanır. Bəli, Qəbələdə də axtarışlar edilib, ancaq heç bir izə rast gəlinməyib, üstəlik, klubumuzdan heç kəs də belə bir informasiya verməyib ki, Qəbələdə izlər var və s. Bu xəbərlərə inanmayın. Hazırda bu kimi hallarla mübarizə apara bilmirik, bu qədər insanın hisslərindən öz reklamı üçün istifadə edənləri vicdanlarının öhdəsinə buraxırıq, amma dağçılarımız sağ-salamat qayıdan kimi qeydə aldığımız bütün faktlarla bağlı müvafiq tədbirlər görüləcək".

Klubun yaydığı məlumatda deyilir ki, dağçıların səfərə icazəsiz getdiyi barədə xəbərlər də doğru deyil: "Ekspedisiya barədə 4 mərhələdən ibarət icazə alınır. Klubun və rəsmi orqanların xəbəri olur. Gedəcəkləri marşrut da öncədən müəyyənləşir, ancaq həyati təhlükə olarsa, dağda onlar başqa marşrutdan məcburi istifadə edə bilərlər".