XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

06 Yanvar 2018 - 13:43

Mikayıl Cabbarov Elman Rüstəmovun sabiq müavininə yüksək vəzifə verdi –Nazirlikdə daha bir dəyişiklik

Vergilər Nazirliyində daha bir mühüm kadr təyinatı olub.

Strateq.az Mia.az-a istinadən xəbər verir ki, Mikayıl Cabbarovun əmri ilə Xəqani Abdullayev nazirin müşaviri təyin olunub.

Məlumat üçün bildirək ki, bundan əvvəl Xəqani Abdullayev Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini vəzifəsind çalışıb. O, ötən ilin avqustun 1-də prezident İlham Əliyevin imzaladığı sərəncamla işdən azad olunmuşdu.

Bir müddət öncə mediaya açıqlama verən X.Abdullayev bildirmişdi ki, vəzifəsindən öz xahişi ilə azad olunub. Yeni iş yerinə gəlincə, qeyd etmişdi ki, tanınmış xarici şirkətlərdən birində məsləhətçi kimi çalışır.