XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

06 Yanvar 2018 - 16:04

FED bu il faizləri 2 dəfə artıra bilər- “Bloomberg”

ABŞ Federal Ehtiyatlar Sistemi (FED) bu il ərzində faizləri iki dəfə artıra bilər.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Bankının Filadelfiya şöbəsinin müdiri Patrik Harker məlumat verib.

“Əgər inflyasiyadakı zəiflik davam edərsə, bu, ciddi problem ola bilər. Buna görə də 2018-ci il ərzində 2 dəfə faiz artımının uyğun olacağını düşünürəm”, – o bildirib.

P.Harker qeyd edib ki, hazırda 1,8% səviyyəsindəki inflyasiya 2019-cu ildə 2%-dən çox olduqdan sonra yenidən bu səviyyəyə düşəcək: “İnflyasiyanın, sadəcə, 2%-ə qalxması deyil, bir müddət bu göstəricidən biraz çox olması faydalı olacaq”.