XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

07 Yanvar 2018 - 13:36

İranlı general –mayor:“İğtişaş zamanı saxlanılanların bir çoxu azadlığa buraxılıb”

 “İrandakı son iğtişaşlar zamanı saxlanılan şəxslərin hamısı məhkəmə orqanlarına təhvil verilib. Hazırda onların bir çoxu qanuni çərçivədə zəmanət müqabilində azadlığa buraxılıb. İğtişaşın başlıca amilləri və ümumi əmlaka zərər və ziyan yetirənlər isə hələ də nəzarət altında saxlanılırlar”.

Strateq.az İRİB-ə istinadən bildirir ki, bu sözləri İranın Hüquq-Mühafizə Qüvvələrinin sözçüsü, general-mayor Səid Müntəzir Əl-Məhdi bu gün bildirib. O, deyib ki, İrandakı son iğtişaşlarda 20 nəfərin həyatını itirib: “Bəzi iğtişaşçılar yanğınsöndürmə maşını ilə törətdikləri cinayətlə 3 nəfərin ölməsinə səbəb olublar. Bu hadisədə həyatını itirənlər bir ailənin üzvü olan ata, ana və övladları olub”. 

İranın Hüquq-Mühafizə Qüvvələrinin sözçüsü daha sonra deyib ki, bəzi iri və kiçik şəhərlərdə ümumi asayişi pozmağa cəhd göstərən təxribatçıların kimlikləri təhlükəsizlik qüvvələri tərəfindən müəyyən edildikdən sonra onlar həbs olunublar. 

Səid Müntəzir Əl-Məhdin silahlı qüvvələrin qərargahlarına edilən hücum zamanı insanların həlak olması ilə bağlı araşdırmaların aparıldığını bildirib: “Bu hadisədə bəzi hüquq-mühafizə qüvvələri və digər hərbçilər də xəsarət alıblar. Və təəssüflər olsun ki, onlardan biri şəhid olub”.