XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

07 Yanvar 2018 - 19:45

İtkin düşmüş alpinistlərin axtarışı davam etdirilib –Əməliyyat Qərargahının məlumatı


Bu gün Quba rayonu ərazisində itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü – 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarış işləri davam edib.

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahından APA-ya verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərində Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və könüllü dəstələr iştirak edib.