XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

14 Aprel 2015 - 12:16

“Əlacları olsaydı, Rövnəq müəllimin əlindən şalvarlarını da qoyub qaçardılar” – Vitse-spiker
Bu gün Milli Məclisin iclasında Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi müzakirə edilib.
Strateq.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov qanun layihəsi haqqında məlumat verib.
V.Ələsgərov bildirib ki, bu sazişlə hər iki şirkət öz qarşısında işgüzar, səmərəli və şəffaf iş görməklə bağlı öhdəliklər götürürlər:
“Sazişin müddəti üç dövrü əhatə edəcək – ilkin kəşfiyyat dövrü, əsas kəşfiyyat dövrü, işlənmə və hasilat dövrü. ” Podratçı şirkət tərəfindən təqdim olunmuş işlənmə və hasilat dövrü proqramı” Dövlət Neft Şirkətinin təsdiqlədiyi tarixdən etibarən 23 il müddətinə təyin olunur. İşin gedişindən asılı olaraq, bu müddət bir az da uzadıla bilər”.
Sazişin mahiyyətinə gəldikdə V.Ələsgərov bildirib ki, Azərbaycan neft sahəsində bütün riskləri nəzərə alıb:
“Bu baxımdan, BP şirkəti böyük təcrübəyə və texnikaya malik olduğuna görə Xəzər dənizinin Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatı ona həvalə olunur. Bununla bağlı nəzərdə tutulan bütün maliyyə hesabları da həmin şirkətin öhdəliyinə buraxılır. Bütün proses Dövlət Neft Şirkətinin nəzarəti və Azərbaycanın milli maraqlarının qorunması şəraitində aparılacaq. Əgər bu saziş çərçivəsində gözlənilən nəticə əldə olunarsa, Azərbaycan tərəfi öz üzərinə düşən maliyyə və digər məsələlərdən doğan öhdəlikləri qarşılayacaq”.
V.Ələsgərov qeyd edib ki, bu saziş Azərbaycanın yeni neft strategiyasının uğurlu davam etdirilməsinin göstəricisidir: “Azərbaycan istənilən beynəlxalq konvensiyaya qoşulduqda, istənilən mühüm sazişə imza atdıqda hər zaman öz milli maraqlarını qoruyur. Sözügedən sazişdə ətraf mühitin mühafizəsi də xüsusi diqqətdə saxlanılıb”.
Vitse-spiker eyni zamanda, ümumiyyətlə, xarici neft şirkətlərinin üzərinə böyük öhdəliklər qoyulduğunu bildirib: “Vallah, əlacları olsaydı, Rövnəq müəllimin əlindən qaçardılar, şalvarlarını da burada qoyub gedərdilər. çünki onların boynuna elə öhdəliklər qoymuşuq ki, o yan-bu yan edə bilməzlər. Yalan deyirəmsə, Rövnəq müəllim özü də buradadır, desin ki, Valeh müəllim düz demir…”.
Sonda qanun layihəsi səsə qoyularaq qəbul edilib.