XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 January 2018 - 00:57

“Ulduz” metrostansiyasında intihar –23 yaşlı gənc özünü qatarın altına atdı

Bakıda özünü qatarın altına ataraq intihar edənin kimliyi müəyyənləşdirilib.

"Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Nəsimi Paşayev  APA-ya bildirib ki, bu, 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Mustafazadə Rəşad Əlixan oğludur. 

Qeyd edək ki, hadisə bu gün saat 22:10 radələrində  "Ulduz" metro stansiyasında qeydə alınıb.

Belə ki, 20-25 yaşlarında kişi özünü "H.Aslanov" metrostansiyasından "İçəri Şəhər"ə gedən, 15 saylı marşrut üzrə hərəkət edən qatarın altına atıb. N.Paşayev bildirib ki, həmin istiqamətdə qatarların hərəkətində 20 dəqiqəlik  fasilə yaranıb. Meyit qatarın altından çıxarılıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır/APA.