XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

09 Yanvar 2018 - 10:47

Təhsil Nazirliyində dəyişiklik –Muxtar Məmmədov aparat rəhbəri təyin edildi

Təhsil Nazirliyinin (TN) Aparat rəhbəri vəzifəsi müvəqqəti olaraq nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Muxtar Məmmədova həvalə olunub.

Strateq.az “Report”a istinadən xəbər verir ki, yeni təyinata qədər Aparat rəhbəri vəzifəsini M.Məmmədov icra edəcək.

Qeyd edək ki, TN Aparat rəhbəri vəzifəsi uzun müddətdir vakantdır. Bu vəzifənin icrası müvəqqəti olaraq nazirliyin informasiya şöbəsinin müdiri Elnur Əliyevə tapşırılmışdı. E.Əliyev isə keçən ilin dekabr ayında vergilər nazirinin müşaviri təyin olunub.