XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

09 Yanvar 2018 - 11:49

Bulvarda intihar edən 4-cü kurs tələbəsi 600 manat təhsil haqqını ödəyə bilmirmiş… –Xalası oğlu danışdı

Məlik Cahangirov təhsil haqqını vaxtında ödəmədiyi üçün oxuduğu universitetdən qovulmaq təhlükəsi ilə üzləşibmiş.

Strateq.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında bulvarda özünü dənizə ataraq intihar etmiş Məlik Cahangirovun bibisi oğlu Xəyal Kərimov deyib.

Onun sözlərinə görə, Məlik valideynlərinin təhsil haqqı üçün ona verdiyi 600 manatı xərcləyib: "Bu səbəbdən təhsil haqqını ödəyə bilməyib. İlkin versiya kimi intihara bu səbəb ola bilər. Pulun nəyə xərcləndiyi bəlli deyil”.

Məlik Cahangirov Azərbaycan Dövlət Pedaqoji Universiteti coğrafiya fakültəsinin 4-cü kursunda təhsil alırdı. O, ötən gün axşam saatlarında bulvarda özünü dənizə atıb.

Mərhum Məlik Cahan imzası ilə şeirlər yazıb.