Prezident İlham Əliyev bu gün iki nəfəri "Şöhrət” ordeni ilə təltif edib.
Strateq.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafı və təbliğində xidmətlərinə görə Fərhad Ağa Səlim oğlu Babayev "Şöhrət” ordeni ilə təltif edilib.
***
Prezident İlham Əliyevin digər sərəncamına əsasən, Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə Arif Möhübəli oğlu Əzizov "Şöhrət” ordeni ilə təltif edilib.