XƏBƏR LENTİ

27 Fevral 2021
26 Fevral 2021

Digər Xəbərlər

10 Yanvar 2018 - 13:28

Pakistan ABŞ-la əməkdaşlığı dayandırdı- Müdafiə və kəşfiyyat sahəsində

Pakistanın müdafiə naziri Xürrəm Dəstgir Xan bu ölkə ilə ABŞ arasında müdafiə və kəşfiyyat sahəsində əməkdaşlığın dayandırıldığını elan edib.

Trend-in məlumatına görə, bu addım Vaşinqtonun İslamabada maliyyə yardımını dondurmaq qərarı ilə bağlıdır.

X.Dəstgir Xan bildirib ki, iki ölkə arasında hörmət çərçivəsində açıq dialoqun vaxtı çatıb.

Qeyd edək ki, ötən həftə ABŞ Dövlət Departamenti terror təşkilatlarına qarşı qətiyyətli şəkildə mübarizə aparmayanadək Pakistana təhlükəsizlik sahəsində edilən maliyyə yardımının dayandırılacağını bildirmişdi.