XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 January 2018 - 20:05

Tramp Şimali Koreya ilə bağlı fikrini dəyişdi? –"Danışıqlara həmişə açığıq"

Amerika Birləşmiş Ştatları Şimali Koreya ilə danışıqlara həmişə açıqdır.

Bunu ABŞ prezidenti Donald Tramp Cənubi Koreya prezidenti Mun Çje İnlə telefon danışığı zamanı deyib.

Telefon söhbəti zamanı D.Tramp qeyd edib ki, Cənubi Koreya ilə Şmali Koreya arasında dialoq ABŞ-la Şimali Koreya arasında danışıqların başlanğıcını qoya bilər.

Qeyd edək ki, bu, ABŞ və Cənubi Koreya liderləri arasında bu həftə ərzində artıq ikinci telefon danışığıdır/Trend.