XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

11 Yanvar 2018 - 01:08

İranın döyüş gəmisi Xəzər dənizində qəzaya uğradı –2 hərbçi iitkin düşdü

İrana aid döyüş gəmisi “Demavend” Xəzər dənizində qəzaya uğrayıb.

Ölkənin ən böyük döyüş gəmilərindən “Demavend”də 18 nəfər olub, onlardan altısı qəza zamanı dənizə düşüb.

Yerli mənbələrə görə, dənizə düşən altı nəfərdən dördü xilas edilib, lakin onlardan ikisi tapılmayıb. Buna görə də axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Qeyd edək ki, 2013-ci ildə dənizə endirilən döyüş gəmisinin uzunluğu yüz metrdir və 300 ton ağırlığındadır/Azərtac