XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

11 Yanvar 2018 - 11:08

“Hökumət əleyhinə həbs olunan şəxsləri dərhal azadlığa buraxın” –ABŞ-dan rəsmi Tehrana tələb

ABŞ İranda hökumət əleyhinə həbs olunan şəxslərin dərhal azadlığa buraxılmasını tələb edib.

Bununla bağlı Ağ Ev yazılı bəyanat yayıb.

Bəyanatda bildirilib ki, siyasi məhbuslar qeyd-şərtsiz azad edilməlidir: “İranın vətəndaşlarına qarşı etdiklərinə səssiz qalmayacağıq. İran xalqının tələbləri dərhal yerinə yetirilməlidir”.

Qeyd edək ki, aksiyalar zamanı 3700 insan həbs edilib/Teleqraf.com.