XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

11 Yanvar 2018 - 11:49

Nazir Ramil Usubov məşhur saatsazın oğluna yeni vəzifə verdi –Komandir təyinatı olundu

Bakının tanınmış saatsazının bir müddət əvvəl işdən çıxarılan polis oğluna yeni vəzifə verilib.

Saatsaz Hacı Fətəliyev APA-ya bildirib ki, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polis kapitanı Ceyhun Fətəliyev Nərimanov rayon Polis İdarəsinin Post Patrul Xidmətinə komandir təyin edilib.

H. Fətəliyev oğluna göstərilən etimada görə, Daxili İşlər Nazirliyinin və Bakı şəhər Baş Polis İdarəsinin rəhbərliyinə təşəkkür edib.

Qeyd edək ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsində inspektor vəzifəsində çalışmış C. Fətəliyev bir müddət əvvəl xidməti avtomobili ilə qəza törətdiyi üçün işdən çıxarılıb. Həmin vaxtı atası C. Fətəliyevin işdən çıxarılmasını başqa səbəblərlə əlaqələndirmişdi.