XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

11 Yanvar 2018 - 12:26

“Ərdoğanın babası donaraq ölənlər siyahısındadır” –Müdafiə Nazirliyi açıqladı + Sənəd

Son günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın babasının Sarıqamış əməliyyatında iştirak etmədiyi ilə bağlı iddialar Türkiyə Müdafiə Nazirliyini hərəkətə keçirib.

İddialarda Ərdoğanın babası Kamal Mustafa oğlunun adının əməliyyatın şəhidləri arasında olmadığı deyilir.

Müdafiə Nazirliyi araşdırma aparıb və nəticəsini açıqlayıb: “Nazirliyə aid 8355 nömrəli sənədin 213-cü səhifəsində 1882-ci il doğumlu Kamal Mustafa oğlunun adı var. O, “naməlum şəraitdə ölmüş” kimi qeyd edilib. 1909-cu ildə Osmanlı imperatorluğunda qəbul edilmiş qanuna əsasən, döyüşlərdə iştirak etmiş və düşmən zərbəsi nəticəsində həlak olmuş şəxslərə şəhid status verilib. Əməliyyatlarda iştirak edən zaman donmuş, boğulmuş və ya xəstəlikdən ölmüş şəxslər isə naməlum şəraitdə vəfat etmiş kimi qeyd edilib. Ərdoğanın da babası donaraq ölənlər siyahısındadır”.

Teleqraf.com