XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

14 Aprel 2015 - 14:31

Prezident Lənkərana 7 milyon manat pul AYIRDI –SƏRƏNCAM

Prezident İlham Əliyev Lənkəran şəhərinin daxili avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədi ilə sərəncam imzalayıb.

Strateq.az” prezidentin rəsmi saytına istinadən bildirir ki, sərəncama əsasən Lənkəran Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 4,0 (dörd) milyon manat ayrılıb.

Dövlət başçsının digər sərəncamı ilə on üç min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Aşağı Nüvədi-Kənarmeşə-Şürük avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 3,2 milyon (üç milyon iki yüz min) manat ayrılıb.