XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

15 Yanvar 2018 - 10:40

Bu gündən AZAL-da yeni qayda –Qeydiyyat uçuşa 60 dəqiqə qalmış bağlanacaq

Bu gündən başlayaraq “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bütün reyslərinə qeydiyyat bütün aeroportlarda uçuşa 60 dəqiqə qalmış bağlanacaq.

“APA-Economics” xəbər verir ki, qeydiyyat isə uçuşa 3 saat qalmış açılacaq.

AZAL-ın yaydığı məlumata görə, sərnişinlər hava limanında qeydiyyat üçün öncədən gəlməlidir: “Həmçinin, sərnişinlər saytda pulsuz onlayn qeydiyyat xidmətindən istifadə edə, baqaj olduqda isə onu "Baggage Dropoff" ekspress-masasında təhvil verə bilərlər”. Bu qayda “Buta Airways” uçuşlarına da şamil edilir.

Qeyd edək ki, indiyədək AZAL-da qeydiyyat uçuşa 2 saat qalmış başlanırdı. Bütün reyslərə qeydiyyat isə 40 dəqiqə qalmış bağlanırdı.