XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

15 Yanvar 2018 - 23:48

Nümayişçilər polislə toqquşdu –Afinada

Yunanıstanın paytaxtı Afinada polislə nümayişçilər arasına toqquşmalar baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ölkə parlamentinin yaxınlığında toplaşan etirazçılar tətil hüququnun məhdudlaşdırılması da daxil olmaqla,  bir sıra qanun paketinin qəbul edilməsinə qarşı çıxış ediblər.

Nümayiş iğtişaşlarla nəticələnib. Aksiya iştirakçıları polisə daş və fişənglər atıb. Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.